Qarabağı belə qoruyurduq, 2020-ci ildə isə… – Sərkisyan

“2020-ci ilə qədər düşünürdük ki, Ermənistanın suverenliyini və Qarabağı qorumaq üçün Rusiyanın orbitində qalmalıyıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının sədri Aram Sərkisyan deyib.

A.Sərkisyan İrəvanın Moskva və Azərbaycanın yanında qalmaqdan başqa çarəsinin olmadığını bildirib:

“Lakin 2020-ci ildən sonra məlum oldu ki, bizim mövqeyimizlə Rusiyanın yanaşması tamamilə fərqlidir. Biz bu gün çox ciddi yol ayrıcı ilə üz-üzəyik. Bizim ordunun transformasiyası, silahlanma, iqtisadiyyatı ayağa qaldırmaq, insan hüquqlarının müdafiəsində ciddi problemlərimiz var. Bunları yalnız Qərbdə həll etmək mümkündür. Lakin bu gün region ölkələrindən Gürcüstan ABŞ-ın, Azərbaycan isə Türkiyənin yanında dayanıb. İkincisinin maraqları Rusiya ilə üst-üstə düşür. Əgər biz Rusiya ilə qalsaq, Rusiya-Türkiyə-Azərbaycan üçbucağında qalmış olacağıq. İrəvan burada problemlərini həll edə bilər. Bizim başqa alternativimiz yoxdur”.

Ayşən Mustafa
Globalinfo.az