“Rusiya ilə problemimiz yoxdur, amma…” – Paşinyan

"Rusiya ilə problemimiz yoxdur, amma..." - Paşinyan

“Bizim Avropa İttifaqı (Aİ) ilə sıx əməkdaşlığımız var. Amma Rusiya ilə münasibətləri kəsmək fikrimiz yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Başa düşürük ki, həm Avrasiya İqtisadi İttifaqı (Aİİ), həm də Aİ-nin üzvü ola bilmərik. Gələcəkdə hansısa məqamda qərar qəbul etməli olacağıq”, – o bildirib.

N.Paşinyan Avropa monitorinq missiyasının Ermənistanda olduğunu xatırladıb:

“Onlar sərhəddəki vəziyyətə nəzarət edir. Bilirsiniz, Ermənistan və Azərbaycan ikitərəfli sülh müqaviləsi layihəsi üzərində razılığa gəlib. İndi sülh müqaviləsini imzalamaq vaxtıdır. Ümumilikdə bizim Ermənistanda Rusiya qoşunlarının mövcudluğuna son qoymaq problemimiz yoxdur”.

Əliyar Xəlil
Globalinfo.az