Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa slovakiyalı həmkarı Juraj Blanarın Rusiya ilə bağlı fikirlərinə qəzəblənib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Blanar Qərb ölkələrinə “Moskvanı bağışlayın” mesajı verib.
Ardınca Andrey Sıbiqa həmkarına müraciət edib:
“Juraj, Rusiyanın cəzasızlıq hissi onun cinayətlərinin əsas səbəbidir. Moskva bağışlanarsa, onun dayanacağını gözləmək sadəlövhlük olardı. Münaqişə zamanı heç nə itirməyənlərin belə bəyanatlar verməyə haqqı yoxdur”.
Əliyar Xəlil
Globalinfo.az














