Rusiya ilə bağlı gözlənilən qərar verildi – 116 nəfər hədəfdə

Avropa Birliyi Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Avropa Birliyi Şurası yayıb.

Məlumata görə, yeni sanksiyalar paketi 116 fiziki və hüquqi şəxsi əhatə edir. Onların hamısı, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə təhdiddə ittiham edilirlər.

Bundan başqa Rusiya neftini daşıyan 27 tankerə də sanksiya tətbiq olunub. Sanksiya paketində bildirilib ki, AB Rusiyanın sıxılmış qazını almaqdan imtina etmir, amma onun reeksportunu qadağ edir.

Sanksiyalar paketinə daxil edilən digər qadağalar:

– Rusiyaya “Arktik 2” və “Murmansk” layihələrini bitirməsi üçün texnologiya ixracı qadağan olunur;

– Qazaxıstan, Çin, Qırğızıstan, BƏƏ və Türkiyədə 61 şirkətə sanksiya tətbiq edilir;

– Rusiyanın fiziki və hüquqi şəxslərindən intellektual mülkiyyət hüququnun registrasiyası qadağan edilir;

– Ukrayna izinin müəyyən edildiyi tarixi və mədəni dəyərlərin Rusiya tərəfindən satışı qadağan edilir;

– AB-nin bütün aviaşirkətlərinə Rusiyadan olan fiziki və hüquqi şəxslərə bütün dünya üzrə şəxsi və çarter reyslər qadağan edilir;

– Rusiyada işləməyən şirkətlərin Rusiya Mərkəzi Bankının Maliyyə Məlumatlarının Ötürülməsi Sistemindən istifadəsi qadağan edilir;

– AB-dəki bütün KİV-lər və QHT-lərə Rusiyadan istənilən maliyyələşmə qadağan edilir.