Rusiya ilə ABŞ məşhur məhkumları dəyişdirdi

ABŞ-da 25 il həbs cəzasına məhkum edilmiş Rusiya biznesmeni Viktor But bu gün ölkəsinə qaytarılıb.

Globalinfo.az APA-ya xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“BƏƏ-nin paytaxtı Əbu-Dabi hava limanında rusiyalı Viktor Butla ABŞ vətəndaşı Brittni Qraynerin dəyişdirilməsi prosesi uğurla başa çatıb”, – nazirlik əlavə edib.

Nazirlikdən bildirilib ki, rəsmi Vaşinqton Viktor Butun Rusiya ilə mübadilə sxeminə daxil edilməsi ilə bağlı dialoqdan qəti şəkildə imtina edib: “Artıq uzun müddətdir ki, Rusiya Federasiyası ABŞ-la Viktor Butun azad edilməsi ilə bağlı danışıqlar aparır. Rəsmi Vaşinqtonun Rusiyanın Butun mübadilə sxeminə daxil edilməsi ilə bağlı dialoqdan qəti şəkildə imtina etməsinə baxmayaraq, Rusiya soydaşımız Viktor Butun azad edilməsi üçün işləri fəal şəkildə davam etdirib”, – nazirlik vurğulayıb.