Rusiya hökumətinin yeni nazirləri – SİYAHI

Rusiya hökumətinin yeni nazirləri - SİYAHI

Dövlət Duması Rusiya hökumətinin yeni tərkibini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, Dövlət Dumasının nazirlərin təsdiqi üçün keçirilən iclası 8 saat davam edib.

Beləliklə Rusiya Federasiyasının Dövlət Duması Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustinin təklif etdiyi bütün nazirləri və baş nazirin müavinlərini təsdiqləyib.

Roman Starovoyt – nəqliyyat;

Anton Əlixanov – sənaye və ticarət;

Sergey Tsivilev – enerji;

Oksana Lut – kənd təsərrüfatı;

Mixail Deqtyarev – idman;

Anton Kotyakov – Əmək Nazirliyi;

Aleksandr Kozlov – təbii ehtiyatlar və ekologiya;

Sergey Kravtsov – maarifləndirmə;

Olqa Lyubimova – mədəniyyət;

Maksim Reşetnikov – iqtisadi inkişaf;

Anton Siluanov – maliyyə;

Mixail Muraşko – səhiyyə;

Valeri Falkov – elm və ali təhsil;

İrek Faizullin – tikinti və mənzil-kommunal təsərrüfatı;

Aleksey Çekunkov – Uzaq Şərq və Arktikanın inkişafı;

Maksut Şadayev – rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiya.

Qeyd edək ki, Federasiya Şurası, təhlükəsizlik blokunun nazirləri və xarici işlər naziri (onları prezident təklif edir) postu ilə bağlı məsləhətləşmələr aparıb və sənədləri Putinə göndərib. Rusiya prezidenti Vladimir Putin bütün namizədlər təsdiqləndikdən sonra yeni kabinetlə görüşəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az