Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hakimiyyətinin onun Putinlə görüşünün baş tutmaması üçün əlindən gələni etdiyini deyib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Zelenski bu fikirləri bu gün NATO Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.
“Biz ruslarla görüşə hazırıq, ancaq birbaşa üçtərəfli formatda görüş daha arzuolunandır”, – deyə Zelenski vurğulayıb.
Daha sonra o, əlavə edib ki, Ukraynanın ruslarla heç bir razılaşması olmayıb.
“Razılaşma yalnız Trampla olub və bu gün o, Putini dayandıra biləcək yeganə adamdır”, – Zelenski qeyd edib.














