Rusiya hərbçiləri Ermənistandan çıxarılır? – Rəsmi

Rusiya hərbçiləri Ermənistandan çıxarılır? - Rəsmi

“Rusiyanın Gümrüdə yerləşən 102-ci bazasının Ermənistan çıxarılması hazırda müzakirə olunmur”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

O, bazanın ölkədən çıxarılması üçün keçirilən etiraz aksiyalarına münasibət bildirib:

“İndi belə bir məsələni müzakirə etmirik, gündəmimizdə yoxdur. Ona görə də heç nə deyə bilmərəm”.

Qeyd edək ki, avqustun 23-də Rusiyanın Gümrüdəki bazası qarşısında etiraz aksiyası keçirilib. Aksiya qərbyönlü “Cümhuriyyət naminə” partiyasının təşəbbüsü ilə baş tutub.

Ayşən Mustafa
Globalinfo.az