Moskvadakı “Krokus Siti Holl” kompleksində baş verən terror aktı nəticəsində ölənlərin ilkin siyahısı açıqlanıb.
Globalinfo.az xəbər verir ki, siyahısı Rusiya Fövqəladə Hallar Nazirliyi təqdim edib.
Hadisə nəticəsində həlak olan 133 nəfərdən 13-nün kimliyi müəyyənləşdirilib və adı siyahıya salınıb.
Siyahıda 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu adlı azərbaycanlı da var.
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı Səfirliyinin məlumatına görə, V.Hüseynovun Rusiya vətəndaşı olduğu ehtimal edilir.
Əliyar Xəlil
Globalinfo.az














