Ukrayna “F-16”-larla bağlı səhvə yol verdi – Rusiya vurdu

Rusiya Silahlı Qüvvələri NATO-nun göndərdiyi F-16 təyyarələrinin eniş edəcəyi Ukrayna Silahlı Qüvvələrinin Starokonstantinov hərbi aerodromuna zərbələr endirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Xmelnitski vilayətində yerləşən Starokonstantinov aerodromunun təyyarələrin gəlişi zamanı vurulduğu bildirilir. Məlumata görə, Ukrayna F-16-ların qarşılanmasına hazırlıq zamanı hava hücumundan müdafiə mexanizminə lazımi diqqət yetirməyib.

Zərbələrin endirildiyi hissədə ukraynalı və Qərbdən gələn pilotların olduğu deyilir.

Ölən və yaralananlarla bağlı məlumat verilmir.

Ayşən Mustafa
Globalinfo.az