BB1oQYkw removebg preview

ABŞ Prezidenti Donald Tramp “CNN” kanalını və onun jurnalisti Nataşa Bertranı sərt tənqid edib.

Globalinfo.az xəbər verir ki, Tramp jurnalist kanaldan “iti qovan kimi” qovulmalıdır, çünki o, Amerika kəşfiyyatındakı mənbələrə əsaslanaraq yayımlanan və ABŞ-ın son hücumlarının İranın nüvə proqramının əsas komponentlərini məhv etmədiyini iddia edən materialın müəlliflərindən biridir.

“Məhz belə insanlar bir vaxtlar möhtəşəm olan “CNN”in nüfuzunu yerlə-yeksan etdilər”, – deyə Tramp jurnalist haqqında danışarkən bildirib.

Qeyd edək ki, Donald Tramp İrana endirilən zərbələr zamanı İslam Respublikasının nüvə obyektlərinin sıradan çıxarıldığını bildirmişdi, jurnalist isə bu məlumatı təkzib edərək ABŞ-ın zərbələri nəticəsində heç bir nüvə obyektinin zərər görmədiyini demişdi.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: