Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bir müddətdir dünya gündəmini zəbt edən amerikalı reper Paf Diddi məsələsi ilə bağlı paylaşımı diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, o, ABŞ-ın rus mədəniyyətini məhv etməyə çalışdığını və bunu bacarmadığını, lakin qarşılığında öz mədəniyyətinin dağıldığı yazıb.
Rusiya XİN rəmisi Diddi cinayətlərinin Vaşinqton üçün təəccüblü olmadığını deyib:
“Amerika şou-biznesinin kumirləri neoliberal dəyərləri özləri ilə birlikdə uçuruma sürükləyərək dağıtdılar. Prodüser və uzun müddətdir inkişaf etmiş liberalizmi təbliğ edən Paf Diddi təxəllüsü ilə tanınan Şon Kombs üç həftədir ki, həbsdədir. Ona qarşı reketçilik, uşaq istismarı, insan alveri, narkotik vasitələrin qanunsuz satışı, rüşvət vermək və cinsi istismar ittihamları üzrə cinayət işi açılıb. Uzun illərdir ABŞ şou dünyasında hər kəs Diddinin “Ağ parti” adlanan şənliklərinə qatılmaq üçün bir-biri ilə yarışırdı. Orada iştirak sadəcə bir qrup insan, əsasən Hollivud ulduzları üçün nəzərdə tutulub. Həmin şənliklərdə ən dəhşətli cinayətlər törədilib”.
M.Zaxarova Kardaşyan ailəsinin də sözügedən partilərin aktiv iştirakçılarından olduğunu bildirib və ora qatılan bir sıra məşhurların adını çəkib:
“Teleaparıcı Kloe Kardaşyan deyib ki, Diddinin “ağ parti”lərində qapalı qapılar ardında çılpaq gəzmək bir addət olub. Maraqlıdır ki, onun bacısı Kim Kardaşyan Ermənistanda keçirilən iğtişaşları, hərəkətlənmələri dəstəkləyir. Aktyor Eşton Katçer Diddi ilə partilərdə poza verir, amma digər tərəfdən Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edir. britaniyalı müğənni Kelli Osburn şəniliyin təşkilatçıları ilə yaxın münasibət qurur, həmçinin Kiyevi müdafiə edir. Şənliyin daimi iştirakçılarından Paris Hilton niyə birdən-birə Venesueladakı müxalifətə dəstək verməyə başlayıb? Bəlkə də sözdə ukraynalı uşaqların dərdini çəkdiyini iddia edən Vaşinqton bir az da öz ölkəsinə qayğı göstərməlidir”.
Qeyd edək ki, erməni KİV Mariya Zaxarovanın Kardaşyanlarla bağlı sözlərində İrəvanın Qərbə istiqamətlənməsi ilə bağlı çağırışları nəzərdə tutduğunu yazıb.
Ayşən Mustafa
Globalinfo.az














