Rusiya Əfqanıstan hakimiyyətini rəsmən tanıdı

Rusiya Əfqanıstan hakimiyyətini rəsmən tanıdı

Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə Əfqanıstan İslam Əmirliyininin müstəqilliyini (Taliban rejimi) tanımaq qərarına gəlib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Kabildəki Rusiya səfiri Dmitri Jirnov “Rossiya-1” telekanalına açıqlamasında bildirib.

“Bu, Rusiyanın Əfqanıstanla tamhüquqlu tərəfdaşlıq qurmaq istədiyini göstərir”, – deyə diplomat vurğulayıb.

Rusiya, Talibanın 2021-ci ildə Əfqanıstanda hakimiyyəti bərpa etməsindən sonra bu rejimi rəsmən tanıyan ilk ölkə olub.

Xatırladaq ki, 1990-cı illərdə Taliban rejimi yalnız Pakistan, Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən tanınmışdı.

2001-ci ilin dekabrında ABŞ-ın müdaxiləsi nəticəsində Taliban hakimiyyətdən uzaqlaşdırılmışdı.

Tahir Turan

Globalinfo.az