“Rusiya buna görə Azərbaycana hücuma keçdi” – Metyu Brayza mühüm detalları açdı

metyu brayza 131

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Azərbaycanla Rusiya arasında diplomatik və siyasi gərginliyə çevrilən son prosesləri Globalinfo.az-a şərh edib.

M.Brayza bildirib ki, 2024-cü ilin sonunda AzərbaycanRusiya arasında münasibətlər çox möhkəm idi, prezident Əliyevprezident Putin noyabrda keçirdikləri görüşdən sonra çox yaxın ikitərəfli münasibətlər qurulduğunu bəyan etdilər:

“Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi faciəvi şəkildə Qroznı səmasında Rusiyanın zenit raketi ilə vuruldu və xatırlayırsızsa, Rusiya enişə icazə vermədiyi üçün Xəzər dənizinin üzərindən uçmağa davam etdi. Nəticədə Aktauda onlarla insanın həlak olması ilə nəticələnən qəzaya uğradı. Amma Allaha şükürlər olsun ki, sağ qalanlar var.