patel

Prosesi qabaqlamaq istəmirəm, amma deyim ki, ABŞ Ermənistan və Azərbaycan XİN başçılarını qəbul etməkdən məmnundur.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Vedant Patel deyib.

“Dövlət katibi Blinken dünən xarici işlər nazirlərini naharda salamlamaq və Şults adına beynəlxalq işlər üzrə təlim mərkəzindəki plenar iclasın açılışında iştirak etmək şərəfinə nail olub. Dövlət katibi hesab edir ki, birbaşa dialoq problemin həlli və qəti sülhə nail olmaq üçün açardır. O,  prosesə dərindən cəlb olunub. Baş koordinator Bono da həmçinin aktiv iştirak edib. Biz bu ölkələrin arasında sülhün mümkünlüyünə inanırıq və onları salamlamaqdan şadıq”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: