Rusiya bu tarixdə parçalanacaq – Qərbə mesaj göndərildi

Rusiya bu tarixdə parçalanacaq – Qərbə mesaj göndərildi

Qərb Rusiyanın süqutu və parçalanmasına hazır olmalıdır, çünki bundan öncə artıq oxşar məğlubiyyətə SSRİ düçar olub.

Globalinfo.az xəbər verir ki, bunu “Tayms”a müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin katibi Aleksey Danilov deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Szinpin arasında martda baş tutan görüş də Moskvanın zəif olduğu və hissələrə parçalanmaq riski ilə üz-üzə qaldığını göstərir:

“Qərb Rusiyanın parçalanmasından qorxur. Artıq bu proses gedir. Rusiyanın çöküşü möhtəşəm olacaq və 3, 5 və ya 7 il ərzində baş verəcək. Bu, tarixi prosesdir, tarixi isə dayandırmaq mümkün deyil”.

İlkin Həsənov
Globalinfo.az