Rusiya bu istiqamətdə hücumu artıracaq

Baxmutdakı təzyiqlər və uğursuzluqlar səbəbindən Rusiya ordusu yaxın iki ay ərzində Kupyansk-Liman xətti boyunca hücum əməliyyatlarının intensivliyini artıracaq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi Tvitter səhifəsində məlumat yayıb.

Hazırda Ukraynadakı Rusiya qoşunlarının qərb qruplaşmasının şimal-şərqdə kiçik hücumlara cəhd etməkdə davam etdiyi bildirilir. Ukrayna Silahlı Qüvvələri isə əks-hücum əməliyyatının bir hissəsi olaraq rusları cənubdakı mövqelərindən geri çəkməyə davam edir və Baxmut yaxınlığındakı rus qüvvələrinə təzyiq göstərir. Rusiya da döyüş meydanında təşəbbüsü bərpa etməyə və əməliyyat səviyyəsində yenidən hücuma keçməyə cəhd edə bilər. Kupyansk-Liman xətti bunun üçün potensial istiqamətlərdən biridir.