İranda hava limanında olay: yaralılar var

Tehranın İmam Xomeyni hava limanının talvarı uçub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hava limanının rəhbəri bildirib ki, yerüstü xidmətlərlə bağlı talvarın tikintisi və təyyarənin yerüstü avadanlıqlarının təmiri zamanı işçilər beton tökərkən talvar uçub.

Hadisə nəticəsində 13 nəfər dağıntılar altında qalıb.

Onlardan 11-i xəstəxanaya yerləşdirilib. Digər 2 yaralıya isə ambulator yardım göstəriilib.