Rusiya Bakıya qarşı sonuncu silahına əl atdı – Bunu da etdilər

rusiya

“Azərbaycanlılara qarşı törədilən cinayət və vandalizm nümunələri siyasi məqsəd daşıyır. İlk növbədə bu hadisə onu göstərir ki, rus şovinizmi dövlət siyasəti səviyyəsində həyata keçirilir. Bu bu  da o deməkdir ki, bu siyasət dövlətlərarası münasibətlərə ciddi zərər verir. Hazırda Ukrayna bataqlığında ciddi problemlərlə üz-üzə qalan Rusiyanın bölgə dövlətləri ilə münsibətlərinin pozulması ilk növbədə Rusiyanın maraqlarına zərbə vuracaq”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

“Rusiyanın qarşı təzyiq rıçaqlarını Azərbaycan mərhələ-mərhələ neytralaşdırmağı bacarıb. Xüsusilə Vətən Müharibəsindəki qələbə və antiterror tədbirlərindən sonra Rusiyanın Qarabağ və separatizm kartları neytrallaşdırıldı. Bundan sonra  Azərbaycan tarixi fürsətən yararlanaraq, qardaş Türkiyə ilə “Şuşa Bəynnaməsi” imzaladı. Eyni zamanda digər uğurlu diplomatik fəaliyyətləri nəticəsində beynəlxalq mövqelərini möhkəmləndirdi. Azərbaycanın müstəqil siyasət yürütməsi və bölgədə yalnız öz maraqları kontekstində çıxış etməsi Fansa kimi Rusiyanı da qıcıqlandırır. Rusiya son kartlarından olan miqrantlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.

Rusiyanın sinxron addımlarını nəzərdən keçirsək, mənzərəni tamamilə aydın təsəvvür etmək mümkündür. “AZAL”ın təyyarəsi vurulandan sonra prosesin yubadılması, günahkarların cəzalandırılmaması, millət vəkili Azər Badamovun Rusiyaya buraxılmaması və bunun davamı olaraq, miqrantlara qarşı dövlət terroru həyata keçirilməsi eyni ssenarinin tərkib hissəsidir.

Həmçinin oxuyun:

Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia – “Mümkün deyil! Buna getmərik!”

Vaxtilə Bayden və Makron hökumətləri də Azərbaycana qarşı ciddi təzyiq etdilər, amma heç bir nəticə əldə olunmadı, əksinə bumeranq effekti verdi. Ona görə də hesab edirəm ki, Rusiya bu cür iyrənc metodlarla Azərbaycanın siyasi iradəsinə təsir edə bilməz”.

Ekspert əlavə edib ki, Azərbaycanın beynəlxalq mövqeləri və hazırki geosiyasi şərtlər bölgə ilə bağlı da tamam fərqli mənzərə yaradır:

“Azərbaycan sülh istiqamətində ciddi irəlilıyişlər əldə edib. Üçüncü qüvvələr böyük ölçüdə proseslərdən kənarda qalıb, Ermənistanla birbaşa təmas qurulub. Sülh perspektivindən narahat olan Rusiya həm Ermənistanda hökumətə qarşı təxribatlar törətməyə çalışır, eyni zamanda miqrantlar vasitəsilə Azərbaycana təzyiq edə biləcəyini düşünür. Amma Azərbaycan öz milli maraqları ilə bağlı prinsipial siyasət yürüdür və heç bir təzyiq amili bunu dəyişdirə bilməz”.

Turan Rzayev
Globalinfo.az