ABŞ və Rusiya nümayəndə heyətləri Səudiyyə Ərəbistanında ciddi danışıqlar aparıb.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib .
“Rusiya Federasiyası ilə ABŞ-ın yaxınlaşdığını hələlik söyləmək çətindir, lakin bu barədə müzakirələr olub”, – deyə o bildirib.
Uşakov əlavə edib ki, tərəflər gələcəkdə bir-birinin maraqlarını nəzərə almaq barədə razılaşıblar.
Y.Uşakov Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın yaxın vaxtlarda görüşəcəyi ilə bağlı xəbərlərə də reaksiya verib:
“Hələlik görüşün tarixini açıqlamaq çətindir”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında danışıqlar ümumilikdə 4,5 saat davam edib.
Əliyar Xəlil
Globalinfo.az