ABŞ-Rusiya diplomatik missiyaların danışıqlarının gündəmində Ukrayna yoxdur.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, ABŞ və Rusiya rəsmiləri diplomatik missiyaların fəaliyyəti ilə bağlı danışıqlar üçün fevralın 27-də İstanbulda görüşəcəklər.
“Gündəmdə heç bir siyasi və ya təhlükəsizlik məsələsi yoxdur. Ukrayna gündəmə deyil”, – Dövlət Departamentinin sözçüsü bildirib.
Aysel Əliyeva
Globalinfo.az














