Rusiya 10 min miqrantı Ukraynaya göndərdi – Siyahıda azərbaycanlılar varmı?

Rusiya Ukraynadakı müharibəyə 10 min miqrant göndərib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin deyib.

O, bu ilin ilk 4 ayında ölkəyə 1,2 milyon miqrantın gəldiyini bildirib. Bastrıkin cəbhəyə göndərilənlərin Rusiya vətəndaşlığını qəbul edənlər olduğunu bildirib. Bununla belə o, Rusiya vətəndaşlığı olan 30 min miqrantın hərbi mükəlləfiyyətlərini yerinə yetirməkdən imtina etdiyini bildirib.

Bastrıkin açıqlamasında cəbhəyə göndərilən miqrantların milliyyətini açıqlamayıb.

Qeyd edək ki, Rusiya Ukrayna cəbhəsində hərbi personalla bağlı ciddi sıxıntılar yaşayır. Moskva problemin həlli üçün cəbhəyə miqrantları və məhbusları göndərir. Bir sıra hallarda özəlliklə Mərkəzi Asiyadan olan miqrantların məcburi cəbhəyə göndərildiyini Rusiya mətbuatı ortaya çıxarıb.

Əliyar Xəlil
Globalinfo.az