Rusdilli məktəblərlə bağlı xəbərlərə – RƏSMİ CAVAB

Rusdilli məktəblərlə bağlı xəbərlərə - RƏSMİ CAVAB

Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə rus dilində tədrislə bağlı yayılan məlumatlara münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

“Dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur”, – deyə qeyd olunub.

Xatırladaq ki, sosial şəbəkələr, həmçinin bəzi media orqanlarında orta və ali təhsil müəssisələrində, o cümlədən məktəblərdə rus dilində təhsilin dayandırılmasına dair “rəsmi bildiriş” yayımlanıb.