Rusiyanın Ermənistandakı səfiri bacarırsa, Laçına getsin.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından deputat Vigen Xaçaturyan deyib.
“Rusiya səfiri Sergey Kopırkinin davranışlarını hələ də başa düşə bilmirəm. Qoy qalxıb, Laçına getsin, əks halda ölkəsi biabır olacaq. Əgər Rusiya edə bilmirsə, başqalarından xahiş etməlidir. Rusiya çağırış etməli deyil, öhdəliklərin icrasını tələb etməlidir. Qərb isə çağırış etməli yox, xahiş etməlidir”, – o bildirib.
Turan Rzayev
Globalinfo.az














