Rus ordusu Dneprin sol sahilindən geri çəkilib?

Rusiya ordusunun bütün bölmələri Xerson vilayətində Dnepr çayının sol sahilində yerləşən Novaya Kaxovkanı tərk ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“22 mart 2023-cü il tarixindən etibarən işğalçı ordusunun Xerson vilayətinin Nova Kaxovka qəsəbəsində yerləşən bütün bölmələri şəhəri tərk edib”, – məlumatda deyilir.

Qərargahın Feysbuk səhifəsində isə bu xəbər təkzib edilib.

“Ruslar müvəqqəti olaraq Nova Kaxovkadadırlar. Düşmənin guya bu yaşayış məntəqəsini tərk etməsi barədə məlumat doğru deyil. Lakin biz Novaya Kaxovkanı da mütləq azad edəcəyik”, – deyə qeyd edilib.