Rus ordusu bu şəhəri ələ keçirdi

Rus ordusu bu şəhəri ələ keçirdi

Rusiya Müdafiə Nazirliyi Uqledar şəhərini nəzarətə götürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Vostok” qüvvələrinin bölmələrinin qətiyyətli addımları nəticəsində “Donetsk Xalq Respublikasının” Uqledar şəhəri nəzarətə götürülüb”, – deyə nazirliyin bəyanatında deyilir.

Xatırladaq ki, sentyabrın 26-da Rusiya Müdafiə Nazirliyi Mərkəz qrupunun bölmələrinin Donetskdə Ukrainsk şəhəri üzərində nəzarəti bərqərar etdiyini açıqlayıb.

Sentyabr ayında Qırmızı Ordu istiqamətində 12 yaşayış məntəqəsi rus qoşunlarının nəzarətinə keçib. Ümumilikdə təxminən 130 kvadrat kilometr ərazi rus ordusunun nəzarətinə alınıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az