Qırğızıstanda keçmiş nazir Ankaraya səfir təyin edildi

Qırğızıstanın keçmiş xarici işlər naziri Ruslan Kazakbayev Ankarada səfir təyin edilib.

Globalinfo.az “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan Rəyasət Heyətinin Mətbuat Mərkəzi yayıb.

Qeyd edək ki, Kazakbayev 2020-ci ilin oktyabrından 2022-ci ilin aprelinə qədər xarici işlər naziri vəzifəsində çalışıb.

R.Kazakbayev 2005-2008-ci illərdə isə ölkəsinin İstanbul baş konsulu vəzifəsini icra edib.