Rus konsulu həbsdə olan “Sputnik” rəhbərləri ilə GÖRÜŞDÜ

Rus konsulu həbsdə olan "Sputnik" rəhbərləri ilə GÖRÜŞDÜ

Rusiyanın Bakıdakı konsulu Azərbaycanda saxlanılan ruslarla üç saatlıq görüş keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti həbs edilmiş Rusiya Federasiyası vətəndaşlarına konsulluq girişinin təmin edildiyini təsdiqləyir. Səfirliyin konsulluq şöbəsinin müdiri soydaşlarımızla üç saat söhbət edib”, – deyə səfirlikdən bildirilib.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.

***19:36

Rusiya konsulu Bakıda həbsdə olan “Sputnik” rəhbərləri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, konsul “Sputnik Azərbaycan“ın direktoru İqor Kartavıx və əməkdaşı Yevgeni Belousova baş çəkib.

Hər ikisinin dərman və qida ilə təmin olunduğu və özlərini yaxşı hiss etdikləri vurğulanıb.

Əliyar Xəlil

Globalinfo.az