Rus hərbçiləri niyə İran və Türkiyə sərhədlərindədir? – SƏBƏB

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, İrəvan Moskvaya sərhədçilərin Zvartnots hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd-keçid məntəqəsindən, Sisian və Gorusdakı Rusiya sülhməramlılarına dəstək verən 2 bazadan çıxarılmasını təklif edib, lakin onların İran və Türkiyə ilə sərhədlərdən çıxarılması məsələsi hazırda gündəmdə deyil.

Rusiya bu iki ölkənin sərhədində qalmağı niyə zəruri hesab edir?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Rusiya strateji baxımdan sərhəddə olmağı ciddi vəzifə hesab edir:

“Kreml Türkiyədə hökumət dəyişikliyinin Rusiya ilə münasibətlərdə hansı yeni perspektivlər vəd etdiyini bilmir. Ona görə də Türkiyə-Ermənistan sərhədlərini tərk etmirlər, təsir mexanizmi kimi qalırlar. Ümumilikdə ənənəvi, dəyişməyən Türkiyə təhlükəsi var. Moskva-Ankara münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatarsa, bu, Rusiya-Ərdoğan münasibətləri hesab ediləcək.

İran məsələsi isə olduqca önəmlidir. Ərəb körfəzinə, isti dənizlərə çıxış üzərində və s. məqsədlərə görə Rusiya üçün bura əhəmiyyətlidir. Ona görə də sözügedən iki sərhəddən hərbçilərini çıxaracağını düşünmürəm”.

Safura Bənnayeva
Globalinfo.az