Rusiya İran və Belarusla Ukraynaya görə məxfi görüşlər keçirib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı Amerikanın Müharibələrin Tədqiqatı İnstitutu yayıb.
Məlumata görə, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin dekabrın 3-də Tehranı ziyarət edərək, İranın baş qərargah rəisi Məhəmməd Baqeri ilə görüşüb. İnstitut Tehranın bu haqda informasiya yaydığını, amma Moskvanın hələlik görüş barədə susduğunu bildirib. Görüşdə əsas müzakirə mövzusunun Rusiyanın Ukraynada istifadəsi üçün PUA və raketlərin tədarükü məsələsi olub.
Bununla yanaşı, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Minskə səfərinə diqqət yetirən institut, onun burada müdafiə naziri və prezidentlə görüşdüyünü açıqlayıb. Görüş zamanı Şoyqunun Minskə Belarusun Ukraynada Rusiyaya dəstəyinin davam etdirilməsi üçün təzyiqlər etdiyi vurğulanıb.
İlkin
Globalinfo.az