221008 Sergey Surovikin ew 1041a 6ae0c4

Rusiya ordusunun generalı, Aerokosmik Qüvvələrin komandanı Sergey Surovikin “Vaqner” birləşməsinin üzvlərinə müraciət edib.

Globalinfo.az xəbər verir ki, Surovikin birləşmənin komandanları və döyüşçülərinə videomüraciət ünvanlayaraq onları geri çəkilməyə çağırıb:

“Biz eyni qandanıq, birlikdə də qalib gəlirdik. Düşmən sadəcə daxili siyasi vəziyyətin gərginləşməsini gözləyir” – deyə general bildirib.

Qeyd edək ki, Yevgeni Priqojin yeni açıqlama verərək döyüşçülərlə birlikdə Moskvaya yola düşdüklərini və onların bölmələrinə hücum edən günahkarların cəzalanacağını söyləyib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: