“Rumıniyanın Baş naziri Marsel Ciolacu ölkəsinin müharibəyə hazırlaşmalı olduğunu düşünmür”.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Avropada münaqişə ehtimalı ilə bağlı bəyanatına cavab olaraq bildirib:
“Bizim müharibəyə hazırlaşmaq üçün heç bir səbəbimiz yoxdur”, – deyə rumıniyalı nazir vurğulayıb.
Xatırladaq ki, Britaniya ordusunun Baş Qərargah rəisi Patrik Sanders Avropada potensial silahlı qarşıdurmaya hazır olmağın vacibliyi haqda fikir səsləndirib.
Əliyar Xəlil,














