Rumıniyada prezident seçkiləri: Nikuşor Dan qalib gəldi

Rumıniyada prezident seçkiləri: Nikuşor Dan qalib gəldi

Mayın 18-də Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarestin meri, Avropayönlü müstəqil namizəd Nikuşor Dan 54,1 faiz səs toplayıb.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Şəhər və Regional Sosiologiya Mərkəzinin (CURS) keçirdiyi “exit-poll”un məlumatları göstərir.

Sorğuya əsasən “Rumınların Milli Birliyi Uğrunda” Alyansın lideri George Simion 45,9 % səs qazanıb. “Avanqard” Sosial Davranış Tədqiqat Qrupunun keçirdiyi digər “exit-poll” nəticələrinə görə, Dan 54,9 %, Simion isə 45,1 % səs toplayıb.

Seçici fəallığı 64,39 faizini təşkil edib.

***

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda aparılan “ekzit-poll” nəticələrinə əsasən, müstəqil namizəd Nikuşor Dan 54,9 faiz səslə öndə gedir. Onun rəqibi, AUR Partiyasının lideri Corce Simion isə 45,1 faiz səs toplayıb.

Globalinfo.az xəbər verir ki, bu nəticələr “Avangarde” Sosial-Davranış Araşdırmaları Qrupu tərəfindən məlumatlara əsasən açıqlanıb və yalnız Rumıniya ərazisində yerləşən seçki məntəqələrində verilmiş səsləri əhatə edir.

Qeyd edək ki, 2025-ci il prezident seçkiləri Rumıniya üçün mühüm əhəmiyyət kəsb edir. Namizədlər arasında ciddi ideoloji fərqlər mövcuddur. Nikuşor Dan Avropa İttifaqına inteqrasiya və islahatçı yanaşmanı dəstəkləyir, Corce Simion isə daha çox milli dəyərləri önə çəkən, euroskeptik mövqe göstərir.