ABŞ dövlət katibi Marko Rubionun son görüntüləri hər kəsi şoka salıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Den Skavino paylaşım edib.
Belə ki, Rubio toy məclisində DJ kimi görünüb.
“Pərdəarxası – dövlət katibimiz Marko Rubio bu gecə ailə toyunda iştirak edir”, – deyə D.Skavino yazıb.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, dövlət katibi Marko Rubionun toyda DJ kimi çıxışı Vaşinqton siyasətində geniş müzakirələrə səbəb olub.
İranla hərbi gərginliyin artdığı və kritik ara seçkilərin yaxınlaşdığı bir vaxtda ölkənin ən yüksək səviyyəli diplomatının bu cür çıxışı siyasi dairələrdə təəccüblə qarşılanıb.
MOMENTS AGO, BEHIND THE SCENES—Our Great Secretary of State @MarcoRubio DJ’s weddings too! Here he is in action tonight at a family wedding…
Let’s goooooo!!!🎶🎼🎵 pic.twitter.com/P8o79iwmZG
— Dan Scavino Jr.🇺🇸🦅 (@DanScavino) May 3, 2026
Əliyar Xəlil
Globalinfo.az