“Danışıqlar masa arxasında tərəflər olmadan həll oluna bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio ABC News telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişəyə son qoymaq üçün dialoqun vacibliyini dərk etməlidir:
“Bu münaqişələrin həlli asan deyil. Amma danışıqlar masası arxasında tərəflər olmadığı halda, onları qətiyyən həll etmək mümkün deyil. Məqsədimiz bunu Ukrayna, Avropa və digər maraqlı tərəflərə izah etməkdir. Təəssüf ki, Zelenski öz hərəkətləri ilə prosesi relsdən çıxarıb”.
O vurğulayıb ki, artıq 3 milyon insan Ukraynanı tərk edib və onların geri qayıtması məsələsi sülh yolu ilə nizamlanmadan asılıdır. “Biz bu insanları geri qaytara biləcəyikmi? Bu, yalnız sabitlik sayəsində mümkündür”, – dövlət katibi əlavə edib.
Qeyd edək ki, fevralın 28-də Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla Ağ Evə görüşü gərgin keçib. Görüşdən sonra keçirilməsi planlaşdırılan mətbuat konfransı və sazişin imzalanma mərasimi ləğv edilib.
Əliyar Xəlil