rubio

“Parisdə Ukrayna ilə bağlı müzakirələr Rusiya və ABŞ arasında məsləhətləşmələr fonunda aparılıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, bununla bağlı ABŞ dövlət katibi Marko Rubio təminat verib.

“Fikirləşirəm ki, həmsöhbətlər Rusiyanın Ukrayna ətrafındakı vəziyyətlə bağlı mövqeyini daha yaxşı anlamağa başlayıblar. Gözləyirik ki, bu, Kiyev və ayrı-ayrı Avropa ölkələri ilə dialoqda onlara kömək edəcək. Rubio elə həmin gün, aprelin 17-də Parisdə mənə belə bir təmas haqqında məlumat verdi”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, aprelin 17-də Parisdə Fransa Prezidenti Emmanuel Makron dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşüb.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: