Roza Zərgərlinin oğlunun sevgilisi ilə görüntüsü yayıldı – FOTO

Roza Zərgərlinin oğlunun sevgilisi ilə görüntüsü yayıldı - FOTO

Son günlər adı mediada və sosial şəbəkələrdə hallanan Roza Zərgərlinin övladlığa götürdüyü aktyor Corc Qafarovun sevgilisi ilə yeni görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, onlar birlikdə TikTok-da canlı yayım açıblar.

Mika adı ilə tanınan xanımın axşam saatlarında gün eynəyindən istifadə etməsi izləyicilərin marağına səbəb olub.

O, məcburiyyətdən eynəkdən istifadə etdiyini bildirib:

“Gözlərim yekədir, həm də göz rəngim qara olduğu üçün sevmirəm. Düzü, əvvəllər linzadan istifadə edirdim. Amma indi Corc icazə vermir deyə, məcbur eynəkdən istifadə edirəm”.

Corc Qafarov isə sevdiyi xanımı olduğu kimi bəyəndiyini qeyd edib.

Bundan başqa, izləyicilər xanımı türkiyəli aktrisa Hande Erçel və müğənni Şəbnəm Tovuzluya bənzədiblər. İzləyicilərin onu Ş.Tovuzluya bənzətməsi xoşuna gəlməyib.

Qeyd edək ki, C.Qafarov bir müddət əvvəl çalışdığı Akademik Milli Dram Teatrından qalmaqallı şəkildə ayrılıb.

Roza Zərgərlinin oğlunun sevgilisi ilə görüntüsü yayıldı - FOTO Roza Zərgərlinin oğlunun sevgilisi ilə görüntüsü yayıldı - FOTO Roza Zərgərlinin oğlunun sevgilisi ilə görüntüsü yayıldı - FOTO

Leyla Əlisoy
Globalinfo.az