Xalq artisti Röya Ayxanın atası Yaqub Nəcəfov bu gün vəfat edib.
Globalinfo.az bildirir ki, bu haqda Teleqraf-a Xalq artistinin yaxınları məlumat veriblər.
Yaqub Nəcəfov uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkib. Onun 68 yaşı var.
Qeyd edək ki, Röya Ayxanın atası illər əvvəl anası Telli Nəcəfovadan ayrılıb.
Onların Röyadan başqa Ayxan və İsmayıl adlı əkiz oğlu, Rüsalə adlı daha bir qızları var.














