
Əməkdar artist İlkin Əhmədov onu efirə buraxmayan Rövşanə Bektaşini sərt tənqid edib.
Globalinfo.az bildirir ki, o, OLAY-a özəl açıqlamasında bu fikirləri səsləndirib:
“Buraxmadı da, neyləyim? Bir az gecikmişdim, Məni verilişə saat 09:00-da çağırmışdılar. Səhər tezdən tıxac olduğu üçün verilişə 25 dəqiqə gecikdim. Dedi ki, efirə buraxmıram. Mən də sakitcə dedim ki, lap yaxşı. O, qadındır da, danışsın. Mən ona nə deyəcəyəm? Xalqın adından danışmasın. Özünə qarşı bunu hörmətsizlik hesab edə bilər. Bəlkə də hörmətsiz bir insandır. Amma xalqın adından, ümumi olaraq televiziyanın adından danışmağa haqqı, cəsarəti yoxdur. Qadın olmasaydı, onunla başqa bir istiqamət götürərdim və cavabını da yaxşı alardı. Sadəcə başından böyük danışmasın ki, İlkin xalqa, dövlətə hörmətsizlik edir. Səsini kəssin, otursun yerində!
Mənə deyiblər saat 09:00-da verilişə girirsən. Əslində, getmək istəmirdim. Sonra dedim ki, əşi, yox, hörmətsizlik olmasın. Birinci saat 08:00 dedilər, dedim, yox, qeyri-mümkündür. Gecikə bilərəm, səhvimdir, günahımdır. Neyləyə bilərəm? Onun efirdən istifadə edərək başından böyük danışması düzgün deyil. Bunun cavabını çox pis verə bilərsən. Bu ölkə, televiziya yiyəsiz deyil! Televiziyada ağzına gələni danışırsan. Mən deməmişəm ki, gəlmirəm, yaxud gəlməmişəm. Bəli, gecikmişəm. Bunu əldə tutub, bundan istifadə edib, başından böyük qələt etmək düzgündür? Belə səhv etmək olar? Mən asılmalıyam, ya güllələnməliyəm? Yoxsa, həbs edilməliyəm? Nə qədər bəzi efirlər gülüncdür. Nə qədər səhv etdim ki, onlara söz verdim! Söhbət kanaldan getmir, mənim onun verilişinə getməyim artıqdır. Başından böyük danışmasın. Çox baş qoşmuram, daha da irəli getsə, hüquqi şəkildə onun dərsini verdirəcəyəm. Çox şükür ki, dövlətimiz var, onun əlindəki səlahiyyəti əlindən alınar, oturdular yerində”.
X X X
Bu gün “Space səhər” efirində gərgin anlar yaşanıb.
Globalinfo.az OLAY-a istinadən xəbər verir ki, Əməkdar artist İlkin Əhmədov qonaq olduğu canlı yayıma 2 saat gecikib.
Sənətçinin verilişə gəlməməsi aparıcı Rövşanə Ağasəfqızını özündən çıxarıb. O, elə canlı efirdə İlkin Əhmədov barədə fikirlər səsləndirib:
“Respublikanın Əməkdar artistidir, məsuliyyət sıfır. Biz saat 6-dan buradayıq, haradasan, İlkin Əhmədov? Biz sənə hörmət etmişik, əziz bilmişik. Anonslar paylaşılıb, insanlar da səni gözləyir. Əməkdar artist adını daşıyırsan, vaxtında efirə gəlmək lazımdır. Gələ bilmirdinsə, deyərdin ki, gələ bilmirəm, zamanım yoxdur. Efirə çıxmaq istəyən nə qədər müğənni var. Gələcəkdilər, canla-başla əyləşəcəkdilər. Haradasan? Bu qədər tıxac olur? Hörmətsizlikdir bu? O zaman bizdən də gözlə. Nə haqla efirimizi boş qoyursan? Biz sənə bu haqqı verməmişik. Dünəndən deyərdin ki, yatıb qalacağam, yeyib qalacağam, gəlmək imkanım yoxdur. Əməkdar artistsən bu xalqın, ölkənin təmsilçisisən. Xaricdə ölkəni təmsil edirsən. Bu gün səni hörmətli bilib efirə dəvət etmişik. Sən bizim efirə problem yaradırsan. Xalqa və efirə qarşı hörmətsizlik edirsən. Gəlsən belə, efirə çıxmağına ehtiyac yoxdur”.
Qeyd edək ki, İ.Əhmədova sonradan efirə gəlsə də, R.Ağasəfqızı efirin sonuna 10 dəqiqə qaldığını deyərək onu efirə buraxmayıb.














