Rostovda yenə silah səsləri eşidildi

Rostov vilayətinin Bataysk şəhərində naməlum şəxs tapançadan atəş açıb.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Roman Voloşin məlumat verib.

O, vəziyyəti nəzarətdə saxladığını əmin edib və yerli sakinləri spekulyasiyaya və təxribatlara uymamağa çağırıb.

Bundan əvvəl Rostovda ticarət mərkəzinin dayanacağında silahlı şəxs saxlanılıb.

Rayon rəhbəri Vasili Qolubev bildirib ki, saxlanılan şəxs travmatik silah gəzdirib.

Rostov polisi ticarət mərkəzində baş verən atışma ilə bağlı məlumatı təkzib edib.

Qeyd edək ki, Bataysk şəhər administrasiyasının rəhbəri hadisəni məişət xuliqanlığı kimi qiymətləndirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az