Rostova raket zərbəsi: 15 yaralı – VİDEO

Rostova raket zərbəsi: 15 yaralı - VİDEO

Rusiyanın Rostov vilayətinə endirilən raket zərbəsi nəticəsində Taqanroq şəhərinin mərkəzi incəsənət muzeyinin yanındakı Bankovskaya meydanında partlayış baş verib.

Globalinfo.az Rusiya mediasına istinadən xəbər verir ki, partlayışda 14 nəfər xəsarət xəsarət alıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib.

Məlumata görə, partlayış nəticəsində muzeyin divarı, dam örtüyü, qarajlar və yardımçı tikililər dağılıb.

Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfindən modifikasiya olunmuş S-200 raketinin buraxıldığını bildirib.

Taqanroq şəhərinin meri Andrey Fateyev qeyd edib ki, şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq olunacaq:

“Şəhər administrasiyasında operativ qərargah təşkil edilib. İlk olaraq zərərçəkmişlərə həm tibbi, həm də psixoloji yardımlar göstəriləcək. Həmçinin zərərin yoxlanılması üzrə işlər də təşkil ediləcək. Hadisənin baş verdiyi ərazidə fövqəladə vəziyyət elan olunacaq”.