“Qəbələ”dən yeni transfer

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Globalinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Gilad Avramovun keçidini rəsmiləşdirib. İsrailli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

23 yaşlı futbolçu peşəkar karyerasına 2018/19 mövsümündə “Hapoel” (Hadera) klubunda başlayıb. Son 5 mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.

Qeyd edək ki, “Qəbələ” bu yay indiyədək Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afrikonu da transfer edib.