FotoJet 2023 01 22T233450.162

Kriştianu Ronaldunun yeni komandası “Əl-Nəsr” bu gün Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb.

Globalinfo.az xəbər verir ki, Ər-Riyad təmsilçisi 14-cü turda öz meydanında “Əl-İttifaq”la qarşılaşıb.

Oyun “Əl-Nəsr”in qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub.

Start heyətdə meydana çıxan Ronaldu sona qədər oynayıb. Bu, 38 yaşlı futbolçunun “Əl-Nəsr”də ilk rəsmi oyunu olub.

Paylaş: