Əzizli üçüncü, Hüseynov isə ikinci dəfə dünya çempionu oldu

Yunan-Roma güləşçisi Rafiq Hüseynov dünya çempionatının qalibi olub.

Güləşçimiz 82 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Finalda iranlı rəqibini Əlirza Mohmadipianini 2:1 hesabı ilə məğlub edən R.Hüseynov karyerasında ikinci dəfə dünya çempionu tituluna yiyələnib. O, ilk dəfə 2021-ci ildə Norveçin paytaxtı Osloda bu nailiyyətə imza atıb.

***

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub.

Globalinfo.az xəbər verir ki, o, Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda qızıl medala sahib çıxıb.

31 yaşlı idmançı finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya qalib gəlib. E.Əzizli 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə, 2022-ci ildə isə Belqradda dünya çempionluğunu qazanıb.

Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçiləri Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaqlar.