Ronaldu altıncı AÇ-yə qatıldı, Pepe turnirin ən yaşlısı oldu

Almaniyada keçirilən Avropa Çempionatı Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun karyerasında altıncı olub.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, rekord qrup mərhələsinin ilk turunda Çexiya yığması ilə qarşılaşmada qeydə alınıb.

Ronaldu həm də 26 oyunla turnirin finalında ən çox meydana çıxan oyunçudur. Portuqaliyalı yarış tarixinin bombardiridir (14 qol).

Portuqaliya millisinin müdafiəçisi Pepe isə Avropa Futbol Çempionatları tarixində ən yaşlı futbolçu olub. Çexiya ilə qarşılaşmada start heyətdə yer alan Pepenin 41 yaşı var.