Səudiyyə Ərəbistanının “Al-Nasr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Yutub platformasında abunəçilərin sayına görə bir neçə rekorda imza atıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, portuqaliyalının hesabı ilk saatda abunəçilərin sayına görə rekord vurub, bir saat ərzində idmançının hesabına 1 milyon 270 min nəfər abunə olub.
Futbolçu gündəlik abunəçi sayına görə də ən yaxşı nailiyyətə sahibdir (4 milyon 420 min nəfər).
***
Beşqat “Qızıl top”un sahibi, portuqaliyalı hücumçu Kriştianu Ronaldu öz Yutub kanalını açıb.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Gözləmə bitdi. Bu da mənim Yutub kanalım. Yeni səyahətimdə mənə qoşulun” , – Ronaldu yazıb.
Qeyd edək ki, artıq 900 mindən çox insan futbolçunun Yutub kanalına abunə olub.














