Ronaldonun yeni komandasında ilk “qolu” rekord izləndi – FOTO

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının azarkeşləri bu həftənin əvvəlində klubla anlaşan ulduz futbolçu Kriştianu Ronaldunun debütünü səbirsizliklə gözləyir.

Globalinfo.az fanat.az-a istinadla xəbər verir ki, bir yutuber portuqaliyalının yeni komandasında oyuna çıxdığını iddia edərək saxta video yayınlayıb.

O, “Əl-Nəsr” və “Əl-Taye” arasında təxirə salınmış qarşılaşmanın “görüntülər”ini təqdim edib. Videonun sərlövhəsində Ronaldunun həmin matçda bir asist və bir qolla yadda qaldığını bildirilib. Onun saxta xəbəri 17 milyondan çox baxış toplayıb.

Qeyd edək ki, yanvarın 5-də keçirilməli olan “Əl-Nəsr” və “Əl-Taye” arasındakı matç kəskin hava şəraitinə görə təxirə salınıb.