Fantastik matç: “Çelsi” – “Siti” oyununda 8 qol – VİDEO

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.

Globalinfo.az xəbər verir ki, turun mərkəzi oyununda “Mançester Siti” “Çelsi”nin qonağı olub.

Gərgin keçən matçda qapılara 8 qol vurulub və qalib müəyyənləşməyib – 4:4.

Bu qələbədən sonra xallarını 28-ə çatdıran “Mançester Siti” zirvədəki mövqeyini qoruyub. 16 xalı olan “Çelsi” isə 10-cu sıraya yüksəlib.