Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr ” klubunda oynamağa davam edəcəyini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırıb.
“Gələcəyimlə bağlı heç nə dəyişməyəcək”, – futbolçu bildirib.
Qeyd edək ki, mayın 30-da Ronaldonun futbolçu karyerasını Səudiyyə Ərəbistanı klubunda davam etdirəcəyi məlum olub.
Mətbuatın yazdığına görə, o, klubla yeni iş müqaviləsi imzalayıb, lakin təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, iyunun 8-də Portuqaliya finalda İspaniyanı məğlub edərək Millətlər Liqasının qalibi olub.
Bundan əvvəl Kriştiano Ronaldonun Millətlər Liqasını qazandıqdan sonra karyerasını bitirəcəyi deyilirdi.
Əliyar Xəlil
Globalinfo.az














