Ronaldo evlilik təklifi etdi: 9 il sonra… – FOTO

Ronaldo evlilik təklifi etdi: 9 il sonra... - FOTO

Məşhur futbolçu Kristiano Ronaldo sevgilisi Corcina Rodrigezlə evlənir.

Globalinfo.az xəbər verir ki, Rodrigez futbolçunun evlənmə təklifini qəbul etdiyini sosial şəbəkə hesabında paylaşıb.

“Bəli, “hə” dedim. İndi və əbədi həyatımda”, – deyə qeyd edib və üzüyünü paylaşıb.

Xatırladaq ki, Ronaldo Corcina ilə 9 ildir birlikdədir. Cütlüyün Alana və Bella adlı iki qızı var. Ronaldonun digər uşaqları isə surroqat anadan dünyaya gəlib.